ÜST ekspertləri: COVID-19-un laborator mənşəli olması ehtimalı çox cüzidir
10.02.2021 14:30

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiyanı əmələ gətirən virusun öyrənilməsi məqsədilə hazırda Çində səfərdə olan ekspertlər qrupu əldə olan məlumatlara görə infeksiyanın başlandığı mənbədə - Çinin Uhan şəhərində mətbuat konfransı keçiriblər. ÜST ekspertləri çinli həmkarları ilə birgə tədqiqatın detallarını və onun ilkin nəticələrini açıqlayıblar.

 

Alimlər yeni koronavirusun əmələ gəlməsinin dörd versiyasının öyrənilməsini qarşılarına məqsəd qoyublar: vəhşi heyvandan insana birbaşa ötürülmə, vasitəçi heyvandan ötürülmə, dondurulmuş ərzaq məhsulları vasitəsilə ötürülmə və laboratoriya sızmaları. Bu barədə mətbuat konfransında ÜST-ün heyvandan insana ötürülən infeksiyalar və ərzaq təhlükəsizliyi üzrə eksperti, müxtəlif profilli mütəxəssislərin - epidemioloq, həkim, veterinar və virusoloqların daxil olduğu beynəlxalq qrupun rəhbəri Piter Ben Embarek bildirib.

 

Aztibb.az BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, ekspertlərin fikrincə, birincisi, əldə edilən məlumatlar virusun təbii yolla əmələ gəlməsi ehtimalının xeyrinədir. Onlar bildirirlər ki, laboratoriya sızmaları versiyasının “ehtimalı çox cüzidir”. Ekspertlər hesab edirlər ki, bu versiyanın öyrənilməsini davam etdirməyə lüzum yoxdur.

 

Bundan sonra iş qalan üç istiqamət üzrə aparılacaq. Məlum olduğu kimi, xəstəlik insanlar arasında artıq ötən ilin dekabrında geniş yayılıb, lakin “ilkin” yoluxma hallarının izlərinin hamısı da olmasa, bəziləri Uhan bazarına aparıb çıxarır.

 

Ekspertlər qeyd edirlər ki, bu bazarda yerli fermaların dondurulmuş məhsulları, o cümlədən vəhşi heyvanların ətləri satılırdı. Onlar infeksiyanın insanlara ötürülməsində potensial “vasitəçi” ola biləcək heyvanlardan, o cümlədən yarasalardan nümunələr götürməyi və təhlil etməyi məsləhət görürlər. Alimlər hesab edirlər ki, bu iş təkcə Çinin özündə deyil, həm də onun hüdudlarından kənarda aparılmalıdır. “Virus sərhədlərdən keçən dolaşıq və uzun yol qət edə bilər”, - deyə ekspertlər vurğulayırlar.

 

Hələ ötən il ekspertlərin əksəriyyəti ehtimal edirdi ki, COVID-19-un baş qaldırması yarasalardan əmələ gələn koronavirusla bağlıdır. Güman edilirdi ki, virus yarasalardan başqa heyvana və onun vasitəsilə insana keçib. Şübhəli “vasitəçilər” siyahısında kələz adlandırılan panqolin də yer tutub.

 

ÜST-ün Çinə ekspedisiyası – beynəlxalq ictimaiyyətin müxtəlif xəstəliklərin baş qaldırmasının qarşısının alınması və dəf edilməsinə olan hazırlıq səviyyəsinin yüksəldilməsinə yönələn səylərin bir hissəsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır