Professor Nazim Pənahov: “Müasir stomatoloji texnologiyalar ölkəmizdə uğurla tətbiq olunur”
09.02.2021 14:07

Hər il fevralın 9-u - Beynəlxalq Stomatoloq Günü dünyanın bir sıra ölkələrində olduğu kimi, ölkəmizdə də həkim-stomatoloqların peşə bayramı günü kimi qeyd olunur.

 

Səhiyyə Nazirliyinin baş stomatoloqu, Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Nazim Pənahov onlayn müsahibəsində ölkədəki stomatoloji vəziyyət, müasir stomatoloji texnologiyaların tətbiqi, gələcək perspektivlər və s. ilə bağlı suallara ətraflı cavab verib.

 

Bu barədə Aztibb.az-a nazirliyin mətbuat xidmətindən bildirilib.

 

Nazim Pənahov bildirib ki, inkişaf etmiş dünya ölkələrində stomatologiya sahəsində istifadə edilən müasir texnologiyalar ölkəmizdə də uğurla tətbiq olunur: “Bu sahə digər tibb ixtisasları ilə müqayisədə daha sürətlə inkişaf edir. 5-6 il öncə hər hansı avadanlıqdan istifadə edən stomatoloqlarımız indi artıq həmin texnologiyanın daha təkmil formasından istifadə edə bilirlər”.

 

Professor özünün stomatoloji sahədə fəaliyyətə başladığı ilk illərdə klinikalarda olan avadanlıqlarla indiki dövrdə tətbiq olunan müasir avadanlıqları da müqayisə edib: “O zaman stomatoloji kabinetlərdə məhdud sayda stomatoloji qurğu sıxılmış hava turbini ilə işləyirdisə, indi artıq bütün klinikalarımızda ən müasir stomatoloji qurğulardan, ən öndə gedən dişyonulma üsullarından istifadə olunur. Sevindirici haldır ki, Amerika və Avropada hazırda istifadə olunan stomatoloji avadanlıqlar təkcə Bakıda deyil, respublikamızın digər şəhər və rayonlarında da fəaliyyət göstərən stomatoloji klinikalarda uğurla tətbiq olunur. Stomatoloji xidmətin keyfiyyətində xeyli irəliləyiş var. Dünyanın ən inkişaf etmiş ölkələrinin öncül klinikalarında olduğu kimi, ölkəmizdə də ağız boşluğu xəstəliklərinin müayinə və müalicəsi müxtəlif böyüdücülük xassəsinə malik mikroskop altında aparılır.”

 

Baş stomatoloq əlavə edib ki, dişlərin estetikası ilə bağlı pasiyentlərin arzu etdikləri hər hansı təklifin stomatoloqlarımız tərəfindən yüksək səviyyədə qarşılanması mümkündür: “Həmçinin lazer texnologiyasının tətbiqi, dişlər çəkilən kimi birbaşa implantların qoyulması, bilavasitə protezlərin hazırlanması, vinirlərlə dişlərə arzu edilən istənilən formanın verilməsi, dişlərin estetikası, funksiyasının tez bir zamanda bərpası və s. pasiyentin ürəyincə olan məsələlərdir”.

 

Xaricdə təklif olunan son metodikanın stomatoloqlarımız tərəfindən yerindəcə öyrənildiyini deyən professor Nazim Pənahov bildirib ki, xaricdə keçirilən seminarlarda, master-klass və təkmilləşdirmə kurslarında aktiv iştirakı və qazandıqları yeni biliklərin respublikamızda uğurla tətbiq etmələri nəticəsində bu gün Azərbaycan stomatologiyası ön pillələrdə dayanır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub