Histamin baş ağrısı nədir? - Bu hallarda nevroloqa müraciət etməli
08.02.2021 15:02
Kümə tipli baş ağrınız varsa, səbəblərini müəyyənləşdirmək və ən uyğun müalicəyə başlamaq üçün həkim-nevroloqa müraciət etmək lazımdır. Əgər daha öncə baş ağrılarınız olubsa belə, öncəki ağrılarınıza bənzəməyən və anidən başlayan baş ağrısı yarandıqda nevroloq həkimə müraciət edilməlidir. Müayinə zamanı şübhələr yaranarsa, şüa görüntüləməsi (beyin KT-si, MRT, angioqrafiya) edilməlidir.
 
“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının nevropatoloqu Arzu Məhərrəmova “Kümə (Histamin) baş ağrısı nədir və nə vaxt nevroloqa müraciət olunmalıdır?” sualını cavablandırıb.
 
O, bildiib ki, kümə (Histamin) baş ağrısı miqren və gərginlik tipli baş ağrıları kimi tez-tez rast gəlinməsə də, müalicə tələb edən və insanı gecə yuxudan oyandıracaq qədər şiddətli olan baş ağrısıdır. Baş ağrısı gün ərzində bir neçə dəfə tutma şəklində olub, bir ağrı tutmasının müddəti 15 dəqiqə ilə 3 saat arasında dəyişməkdədir. Baş ağrısı ani başladığı kimi, ani də bitir. Xəstələr adətən səhər və ya yatdıqdan bir neçə saat sonra ortaya çıxan baş ağrısından şikayətlənirlər.
 
Kümə baş ağrısından əziyyət çəkənlər tutmaların dəqiq vaxtı varmış kimi günün eyni saatlarında baş verdiyini vurğulayırlar. Bu xəstələrdə baş ağrısı çox vaxt aralıqlı epizodlar (bir neçə həftəlik) şəklində ortaya çıxır. Kişilərdə qadınlara nisbətən daha tez-tez rast gəlinir. Kümə baş ağrıları zamanı yaranan simptomlar:
 
• Birtərəfli göz ətrafında ağrı, şişkinlik;
• Eyni tərəfdəki gözdə qızartı, gözdən yaş axması;
• Burun axıntısı-tıxanıqlığı;
• Alın və ya üzdə tərləmə;
• Göz qapağında düşmə (gözün bağlanması).
 
Həkimin sözlərinə görə, tam bilinməsə də, genetik meyllilik ve bəzi patologiyalar (kavernoz sinus patologiyası, anevrizma, arterio-venoz inkişaf qüsurları, infeksiya) risk təşkil etməkdədir. Eyni zamanda, ailədə bənzər baş ağrısının olması, alkoqol-siqaret istifadəsi, qəhvə və kofein istifadəsi, baş travması, yuxu düzənsizliyi bu xəstəliyin yaranmasına təsir edə bilər. Miqren və gərginlik baş ağrısından fərqli olaraq, kümə baş ağrısının qidalar, hormonal dəyişikliklər və ya stress kimi faktorlarla əlaqəsi yoxdur:
 
"Xəstələr ağrı tutması vaxtı gərgin olur, bir yerdə dura bilmirlər. Ağrı tutmaları çox şiddətli olub (tutma zamanı intihar belə etdirəcək şiddətdə baş ağrısı), həm kəskin dövrdə, həm də profilaktik dövrdə tez təsir edən müalicəyə ehtiyac vardır. Tək bir dərmanla müalicəyə cavab verməyənlərdə bir neçə dərman kombinasiyası seçilə bilər. Davamlı kümə baş ağrılarında periferik sinir blokadası və cərrahi müalicədən istifadə edilə bilər.
 
Kümə baş ağrılarının dəqiq diaqnozunun qoyulması və düzgün müalicəsinin təşkili bu şiddətli baş ağrısını nəzarətdə saxlamaqda əsas şərtdir".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama