ÜST: Koronavirusun dünyada yayılma sürəti yavaşlayıb 
06.02.2021 11:26

Dünyada gündəlik qeydə alınan koronavirus hadisələrinin sayında azalma müşahidə olunur, lakin sayıq qalmaq və pandemiyaya qarşı mübarizə tədbirlərinə riayət etməyə davam etmək vacibdir.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkxove deyib.

 

Ekspert bildirib: "Həqiqətən gündəlik aşkarlanan yoluxma hallarının sayında azalma müşahidə edirik. Bu, bir sıra amillərlə bağlıdır, lakin ilk növbədə, ölkələrin yeni halların qarşısını almaq üçün həyata keçirdiyi tədbirlər sayəsindədir".

 

Onun sözlərinə görə, peyvəndlərin də rolu var, lakin bu, tədbirlərin ləğv edilə biləcəyi demək deyil: "Bir çox ölkə üçün çox əhəmiyyətli dövr başlayıb. Tətbiq edilən məhdudiyyətlərə riayət etməyə davam etmək və məhdudiyyətlərin ləğvi məsələsinə çox diqqətli yanaşmaq lazımdır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır