Aztibb.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə brifinq zamanı ÜST-nin eksperti Mariya van Kerkxove deyib.

 

Ekspert bildirib: "Komanda öz işini başa çatdırır. Mütəxəssislər Vuhan Virusologiya İnstitutu da daxil olmaqla bir sıra yerləri ziyarət ediblər və Çinli ortaqları ilə konstruktiv danışıqlar aparıblar".

 

Onun sözlərinə görə, səfərin yekunları üzrə ətraflı hesabat hazırlanacaq, lakin bu hesabatda bütün suallara cavab olmayacaq: "Bu hələ başlanğıcdır. Alınan cavablar yeni suallar doğurur. Buna görə mütləq əlavə araşdırmalara ehtiyacımız olacaq".