Özəl xəstəxanalarda müalicə olunmaq istəyən hərbçilərimizin istəyi nəzərə alınır - “YAŞAT” Fondunun rəhbəri
05.02.2021 11:39

Vətən müharibəsində xəsarət alan hərbçilərimizin vəziyyəti mütəmadi olaraq diqqətdə saxlanılır.

 

Aztibb.az xəbər veri ki, bunu Trend-ə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

 

Onun sözlərinə görə, yaralı hərbçilərimizin pre-reabilitasiya müddəti ərzində psixoloji vəziyyətləri də yoxlanılır:

 

“Həkimlər qazilərimizin vəziyyəti barədə müntəzəm olaraq bizə məlumatlar verirlər. Qoyulan diaqnozlara əsasən qazilər üçün zəruri olan müalicə metodları barədə onlara məlumat verilir. Əgər qazilərimiz hansısa özəl xəstəxanada, hər hansı həkim tərəfindən əməliyyat olunaraq daha tez sağlamlıqlarına qovuşacaqlarına inanırlarsa, bu məqam nəzərə alınır. Biz həmin tibb müəssisəsi ilə müqavilə bağlayırıq və qazimizin həmin tibb müəssisəsində müalicəsini təşkil edirik. Elə qazilərimiz var ki, özəl xəstəxanada əməliyyat olunmaq istəyirlər. Bu cür vəziyyətlərdə onların istəkləri nəzərə alınır və ona uyğun tədbirlər görülür. Müxtəlif cərrahi prosedurlar - ayaq və qolda ağır zədələnmələr səbəbindən yaranan fəsadlar, ortopedik əməliyyatlar, bel nahiyyəsində əməliyyatlar və digər ağır xəsarətləri olan qazilərimizin istəklərinə uyğun olaraq özəl xəstəxanalarda müalicələri həyata keçirilir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib