Dağlıq Qarabağda hərbçilərin vaksinasiyasına start verilib
05.02.2021 10:27

Rusiya sülhməramlı kontingentinin hərbi həkimləri Dağlıq Qarabağda “Sputnik-V” peyvəndinin ikinci komponenti ilə hərbçilərin peyvəndlənməsinə başlayıblar.

 

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, peyvəndi ilk alan Rusiya sülhməramlı kontingent komandanlığının nümayəndələri, həmçinin Xankəndidə yerləşən tibb hissələrinin hərbçiləri olub. Gələcəkdə təsdiqlənmiş cədvələ uyğun olaraq səyyar tibb qrupları 27 müşahidə məntəqəsində sülhməramlı kontingentin işçilərini peyvənd edəcəklər.

 

Ümumilikdə, təxminən 2 min doza peyvənd Dağlıq Qarabağa çatdırılıb. Bu sayın sülhməramlıların bütün heyətini əhatə etmək üçün kifayət olduğu bildirilib. Vaksin peyvəndin təhlükəsizliyini təmin edən xüsusi istilik qablarında çatdırılır.

 

Peyvəndlənmə başa çatdıqdan sonra bütün hərbi qulluqçular “Sputnik-V” peyvəndinin birinci və ikinci komponentlərinin tətbiqi tarixlərini göstərən profilaktik peyvənd sertifikatı alacaqlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib