ÜST: COVID-19 xəstələrinin həyatını xilas etmək üçün qeyri-infeksion xəstəliklərə diqqət artırılmalıdır
04.02.2021 13:07

COVID-19 xəstələrinin həyatını xilas etmək üçün qeyri-infeksion xəstəliklərə diqqət artırılmalıdır.

 

Aztibb.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus və ”Bloomberg LP” media konserni ilə ”Bloomberg Philanthropies” təşkilatının təsisçisi Maykl Blumberq çağırış ediblər. Birgə açıqlamada bildirilir ki, diabet, hipertoniya, qan-damar xəstəlikləri, xərçəng və bir sıra nəfəs yolları xəstəlikləri kimi qeyri-infeksion xəstəliklərə qarşı qlobal fokus gücləndirilməlidir. Çünki bu xəstəliklər dünyada ölüm hallarının 74 faizindən çoxuna səbəb olur və COVID-19 pasiyentlərində xəstəliyin gedişatına ağırlaşdırıcı təsir göstərirlər. Qeyd edilib ki, koronavirus pandemiyası qeyri-infeksion xəstəliklərin nə qədər təhlükəli olduğunu, eləcə də bu xəstəliklərə qarşı mübarizədə ictimai səhiyyə sisteminə sərmayə qoyuluşunun vacibliyini nümayiş etdirir. “Ona görə də biz dünyanın siyasi və iqtisadi liderlərini qeyri-yoluxucu xəstəliklərə qarşı kəskin addımlar atmağa çağırırıq. Qeyri-yoluxucu xəstəliklərin səviyyəsi nə qədər az olarsa, pandemiya dövründə ölüm halları bir o qədər aşağı ola bilər,” - deyə T. Qebreyesus bildirib.

 

M. Blumberq isə bildirib ki, ”Bloomberg Philanthropies” təşkilatı tütün istehlakının azaldılması, sağlam qidalanmanın təşviq olunması, qan-damar xəstəliklərinin qarşısının alınması və digər sahələrdə ÜST ilə sıx əməkdaşlıq edir və qeyri-infeksion xəstəliklərin yaranmasına yol açan səbəblərlə mübarizədə beynəlxalq təşkilat və ölkələrlə əməkdaşlığı davam etdirəcək.

 

ÜST-ün məlumatına görə, qeyri-infeksion xəstəliklər dünyada hər il 40 milyon insanın ölümünə səbəb olur. Bu xroniki xəstəliklər koronavirus pandemiyası dövründə sayı 2 milyonu ötən ölüm hallarının artımına təsir göstərir. Köklük (adipositas), tütün istehlakçısı olan və həmçinin hipertoniyadan əziyyət çəkən insanların COVID-19-a yoluxaraq bu xəstəliyi ağır formada keçirmə və ölüm hallarına daha çox rast gəlinir.

 

“Bloomberg”in qeyri-infeksion xəstəlik və xəsarətlərə qarşı mübarizəyə töhfəsini nəzərə alaraq, T. Qebreyesus, həmçinin elan edib ki, M. Blumberq artıq üçüncü müddətə ÜST-ün bu sahə üzrə qlobal elçisi vəzifəsinə layiq görülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır