Əkizlərdən birinin oğurlanması iddiası ilə bağlı - Xəstəxana açıqlama verdi
08.08.2020 10:04

Xəbər verdiyimiz kimi, Bakıda qadın doğuş zamanı əkiz körpələrindən birinin həkim tərəfindən oğurlandığını iddia edib. Bu iddia ilə Namazova Aytən Oqtay qızı çıxış edib. 

 

Qadının şikayətçi olduğu Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasının direktoru Fikrət Zeynalov açıqlamasında xəstənin iddiasının əsassız olduğunu bildirib.

 

"Ana doğuş zamanı bir uşaq dünyaya gətirib. Guya UZİ zamanı qadının iki uşağı olduğu göstərilib. Bunu ona  kim  deyib, bilmirəm. Bu, qeyri-mümkün bir şeydir" - deyə xəstəxana rəhbəri bildirib.

 

Məsələ ilə bağlı xəstəxanının doğum şöbəsinin müdiri Arzu Babayeva da "Qafqazinfo"ya açıqlamasında qadının iddiasını təkzib edərək, məsələyə belə aydınlıq gətirib:

 

"Xəstənin dediyi məlumat yanlışdır. Onun dediyinə görə, guya xəstəxanaya çoxdöllü hamiləliklə qəbul olunub. Demək olar ki, tam açılışla doğum şöbəsinə qəbul olunub. Qadının 3 300 qram çəkidə övladı dünyaya gəlib. Doğulandan dərhal sonra uşağın diski çıxıb. Xəstəni özünə də məlumat verilib ki, sizin dediyiniz yanlışdır, çoxdöllü hamiləlik deyil. Ola bilsin ki, mexaniki səhv olsun. Bu qadın hamiləlik müddətinə nə həkimə gedib, nə də müayinədə olub. Heç hamiləlik qeydiyyatına da düşməyib. Qadın bir dəfə UZİ müayinəsindən keçib, o da böyük hamiləlik müddətində olub. Onda da ola bilər ki, exogenliyi düzgün müəyyən edə bilməsinlər". 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır