İcbari tibbi sığorta üzrə ən çox müraciət olunan xidmətlər açıqlanıb
04.02.2021 11:19

İcbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə fəaliyyət göstərən mərkəzi xəstəxanaların və onların struktur bölmələrinin, habelə Müalicə Diaqnostika mərkəzlərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim etdikləri ilkin hesabatlara əsasən 2020-ci il ərzində 1 147 834 nəfər sözügedən müəssisələrə ümumilikdə 4 170 432 dəfə müraciət edib.

 

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev keçirdiyi mətbuat konfransında deyib.

 

O, bildirib ki, bu müraciətlər üzrə 8 339 508 tibbi xidmət göstərilib: "Beləliklə, sözügedən ərazilərdə rəsmi qeydiyyatda olan əhalinin 50%-i tibb müəssisələrinə müraciət edərək xidmətlərdən yararlana bilib. Ən çox müraciət olunan şəhər və rayonların beşliyi: Mingəçevir şəhəri (449 837), Xaçmaz (348 856), Ağdaş (328 756), Zaqatala (291 814) və Yevlax (275 779) rayonları olub".

 

Zaur Əıiyev əlavə edib ki, müraciətlərin çoxu ümumi tibbi baxışla (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla) (503 381), habelə qan dövranı sistemi (210 201), tənəffüs sistemi (179 376), endokrin sistemi, maddələr mübadiləsi və qidalanma pozuntuları (171 622), sidik-cinsiyyət sistemi (148 907) və həzm sistemi (135 803) xəstəlikləri ilə bağlı olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib