Bu ay Latın Amerikası ölkələri 35 milyon doza vaksin alacaq
04.02.2021 09:17

Pan Amerika Sağlamlıq Təşkilatı (PAST) fevralın ikinci yarısından etibarən ilk mərhələdə 36 ölkəyə, xüsusən Venesuela və Braziliyaya 35,3 milyon doza “AstraZeneca” vaksini göndərəcək.

 

“AstraZeneca” vaksini yaxın günlərdə təcili istifadə edilməsi üçün razılığın alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nəzərdən keçirilir. Bununla belə, vaksinlərin sayı və çatdırılma cədvəli fövqəladə hallarda istifadə etmə siyahısına daxil etmə proseduru, PAST və UNICEF istehsalçıları arasında razılaşmaların əldə edilməsindən asılıdır.

 

PAST-dan bildirilib ki, Şimali və Cənubi Amerika ölkələri, xüsusən də onlardan ən kasıbları ciddi tibbi, iqtisadi və sosial böhran yaşayırlar, bu da vaksinasiyanı koronavirusla təcili mübarizədə ümidverici addım edir. Təşkilatın bəyanatında Amerika bölgəsində təxminən 500 milyon insanın immunlaşdırılmasının lazım olacağı qeyd edilir. Bildirilir ki, məqsəd COVID-19-un ən ağır formalarına yoluxma riskinin ən yüksək səviyyədə olanlarını qorumaq üçün hər ölkədə əhalinin ən az 20 faizinə peyvənd vurmaqdır. 36 ölkədən 10-u iqtisadiyyatları və əhalisinin sayı nəzərə alınmaqla COVAX vasitəsilə pulsuz vaksin alacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib