Tovuzda AQTİ-nin Fitosanitar Laboratoriyası fəaliyyətə başlayıb  
03.02.2021 17:37

Ölkədə istehsal edilən, həmçinin idxal və ixrac olunan qida məhsullarının, eləcə də aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri-qida məhsullarının, qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyaları ən müasir cihazlarla təchiz edilib.

 

Hazırda AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyaların sayının artırılması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.

 

İdxal-ixrac prosesinin sürətləndirilməsi məqsədilə AQTİ-nin nəzdində daha bir Fitosanitar Laboratoriyası Tovuz rayonunda fəaliyyətə başlayıb və ən müasir cihazlarla təchiz edilib. Tovuz Regional Sınaq Laboratoriyasında fəaliyyət göstərən Fitosanitar Laboratoriyasında ölkəyə idxal olunan və Azərbaycandan ixrac olunan bitki və bitkiçilik məhsullarında pomidor lağımlayıcı güvəsi (Tuta absoluta Meyrick), kaliforniya çanaqlı yastıcası (Quadraspidiotus pemicious) və digər zərərvericilərin aşkarlanması üçün müayinələrin həyata keçirilməsinə başlanılıb.

 

Qeyd edək ki, sözügedən zərərvericilər fitosanitar riski və iqtisadi zərəri baxımından Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) A2 siyahısına daxil edilib və Avropa qitəsində sürətlə yayılır.

 

Hazırda Tovuz Regional Sınaq Laboratoriyasının Mərkəzi Fitosanitar Laboraboratoriyasında çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təlimlər keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib