ÜST 9 azərbaycanlı həkimə sertifikat verib
03.02.2021 15:33

Azərbaycanlı həkimlər ÜST-ün “Səhiyyə sistemində ölkələrarası dərmanlara, COVID-19 və digər peyvəndlərə effektiv nəzarət və monitorinqin gücləndirilməsi” mövzusunda sertifikatlaşdırma proqramında iştirak edib.

 

Aztibb.az xəbər verir ki, ÜST-ün Azərbaycanda nümayəndəliyindən bildirilib ki, 7-11 dekabr 2020-ci il tarixdə 9 azərbaycanlı həkim onlayn formada baş tutmuş təlimi başa vuraraq imtahanlardan uğurla keçib və Ümumdünya Səhiyyə Təşkilatının sertifikatını əldə edib.

 

Qeyd olunub ki, hazırda COVID-19-a qarşı peyvəndin hazırlanması və tətbiqi virusla mübarizədə çox vacib vəzifəyə çevrilib:

"Artıq bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda, peyvəndlərin vurulmasına başlanılıb. Peyvəndləmə zamanı təhlükəsizlik və mümkün yan təsirlərin vaxtında müəyyənləşdirilməsi və aradan qaldırılması çox önəmlidir. Bununla əlaqədar olaraq, yan təsirlərin müəyyənləşdirilməsi və qeydiyyatı üzərində nəzarəti gücləndirmək üçün ÜST farmakonəzarətlə bağlı ölkələrarası təlim təşkil edib və təlimdən sonrakı imtahanda Azərbaycan təmsilçiləri iştirakçı ölkələr arasında ən yüksək nəticə əldə edib".

 

"Peyvənd və ya dərmanların klinik sınaqlarda təhlükəsiz olduğu sübut edildikdən sonra onların real həyat şəraitində də təhlükəsiz və təsirli olmağa davam etdiyini izləmək çox vacibdir", deyə təlimi uğurla başa vuran həkimlərə sertifikatlarını təqdim edən ÜST-ün Azərbaycandakı Nümayəndəsi Hande Harmancı bildirib. Farmakonəzarətin məhz bunu həyata keçirdiyini söyləyən ÜST-ün nümayəndəsi əlavə edib ki, buna görə də farmakonəzarət sahəsində çalışan tibb işçilərinin biliklərinin mütəmadi olaraq yenilənməsi çox önəmlidir.

 

Tədbirdə, həmçinin, ÜST-ün Avropa Regional Ofisinin təmsilçisi Dr. Oleksandr Polişçuk və Azərbaycandakı Nümayəndəliyinin eksperti Dr. Cəvahir Süleymanova çıxış edib.

 

Sertifikat alan həkimlər də öz növbəsində təlim proqramı və əldə etdikləri yeni biliklər barədə fikirlərini bölüşüblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır