Azərbaycan doğum səviyyəsinə görə Qafqazda liderdir
03.02.2021 15:16

Doğum səviyyəsinə görə dünya ölkələri arasında Azərbaycan orta yerlərdən birini tutur.

 

ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) tərtib etdiyi reytinqdə Azərbaycan 229 ölkə arasında 126-cı yerdədir. Belə ki, ölkədə hər 10 min əhaliyə 145 doğum hadisəsi düşür.

 

Reytinqə 475 doğum göstəricisinə malik Niger başçılıq edir. Sonrakı yerlərdə Anqola (427) və Uqanda (423) qərarlaşıb. Reytinqdə sonuncu yer tutan Monacoda bu göstərici 64-dür. Cənubi Qafqaz ölkələrindən Ermənistanda hər 10 min əhaliyə 119, Gürcüstanda isə 116 doğum düşür.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisi 2020-ci ilin 1 dekabr tarixinə olan vəziyyətə görə 10 123 4 min nəfər olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 faiz çoxdur. 2020-ci ilin 11 ayı ərzində ölkədə 116 454, yəni əvvəlki ilə nisbətən 9,9 faiz az uşaq doğulub. Doğulan uşaqların 53,3 faizi oğlanlar, 46,7 faizi qızlar təşkil edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib