Azərbaycanda səhiyyə işçilərinin 70%-i vaksinasiyadan keçib
02.02.2021 16:15

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.

 

Məlumatda “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq tibb işçilərinin vaksinasiya prosesinin uğurla davam etdirildiyi və artıq səhiyyə işçilərinin 70%-inin vaksinasiyadan keçdiyi bildirilir.

 

Strategiyaya uyğun olaraq, fevral ayının 8-dən etibarən COVID-19 əleyhinə vaksinasiyasının növbəti mərhələsi başlanılacaq. Bu mərhələnin nizamlı təşkil olunması məqsədilə 65 yaşdan yuxarı vətəndaşlarımızın 5 fevral 2021-ci il saat 00:00-dan etibarən randevu.its.gov.az internet ünvanına daxil olub qeydiyyatdan keçməklə vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçməsi xahiş olunur. Qeydiyyatdan keçdikdən sonra vətəndaşlara sms vasitəsilə məlumat veriləcək və onlar peyvəndin birinci dozasını vurdura bilər.

 

İkinci dozanın vurulma tarixi və digər zəruri məlumatlar vətəndaşlara tibb məntəqəsində təqdim edilən “Məlumat forması”nda öz əksini tapsa da, əlavə olaraq sms vasitəsilə ikinci dozanın vurulma tarixi təkrar birdiriləcəkdir. Qeyd edək ki, yalnız randevu.its.gov.az internet ünvanında öncədən qeydiyyatdan keçməklə vaksinasiya üçün müraciət etmək mümkündür və ikinci dozanın vurulması birinci dozanın vurulduğu məntəqədə həyata keçiriləcəkdir. Sözügedən sistemdən istifadə qaydaları ilə bağlı yaxın günlərdə əlavə təlimatlar veriləcəkdir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib