Viral infeksiyaları necə məhv etmək olar? – Tədqiqat  
07.08.2020 17:56

Müxtəlif dərman bitki preparatları qızılca, insan rotavirus və rinovirusları (İRV), tənəffüs sintsitial (TSV) virusu, çoxsaylı viruslar qrupu, neurotropik Sindbis virusu (NSV), müxtəlif polioviruslar, ümumiyyətlə insanlar arasında ciddi infeksiyalara səbəb olan B virusların qarşısını almaq kimi bir potensiala malikdir. Hər hansı bir bitki preparatının antiviral təsirini sübut və ya təkzib etmək üçün molekulyar səviyyədə tədqiqatların aparılması zəruridir.

 

Bu məlumatı Aztibb.az-a açıqlamasında AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva verib.

 

O, bildirib ki, dünyada bu sahədə fitokimyəvi maddələrin terapevtik xüsusiyyəti ilə bağlı tədqiqatlar çox azdır. Lakin molekulyar səviyyədə antiviral  xüsusiyyətlərin öyrənilməsi istiqamətində bir sıra maraqlı eksperimentlər aparılmalıdır: “Belə misallardan biri mürəkkəbçiçəklilərin nümayəndəsi olan Stevia rebaudiana bitkisinin isti-sulu ekstraktının molekulyar səviyyədə  tədqiqatıdır. Bu bitki ekstraktı əsas şəkər tərkib hissəsi olan uron turşusu ilə 9800 molekulyar çəkisi olan bir anion polisaxaridin təsiri ilə  İRV yoluxucu serotiplərini hüceyrələrdə blok edir. Eynilə MA-104 hüceyrələrində yayılan İRV-nin RNT sintezini inhibire edən Haemanthus albiflos növündən alınmış alkaloid ekstraktını misal göstərmək olar”.

 

S.İbadullayeva qeyd olunan bütün məlumatlara əsaslanaraq, dərman bitkilərindən müxtəlif infeksiya əleyhinə preparatlar, xüsusən də antiviral dərmanların alına biləcəyini qeyd edib. “Dərman bitkilərinin potensial anti-infeksion xüsusiyyətlərini müəyyənləşdirməyə yönəlmiş skrining proqramlarını farmakologiyanın inkişafı sahəsində böyük bir potensial hesab etmək olar”, – deyə alim əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub