Tibbi sığorta olunanlar ən çox hansı məsələlər üçün müraciət edib?
01.02.2021 15:48

2020-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 16174 müraciət daxil olub.

 

Agentlikdən Aztibb.az-a verilən məlumata görə, müraciətlər ərizə, şikayət və təklif xarakterli olmaqla məktub və teleqram vasitəsilə edilib. Müraciətlərin əksəriyyəti Bakı və Sumqayıt şəhərləri, Şəki, Quba və Lənkəran rayonlarının sakinləri tərəfindən edilib.

 

Agentliyə daxil olan müraciətlərin 9128-i müayinə, müalicə və cərrahi əməliyyatlar, 3469-u əlillik məsələləri, 1378-i işə qəbul və əmək münasibətləri, 315-i dərman preparatları və tibbi cihazların təminatı, 277-si COVID-19, 8-i tibb müəssisələrinə göndərişlərin verilməsi və 1599-u isə digər məsələlər üzrə mövzuları əhatə edib.

 

Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb.

 

Qəbul qrafikinə uyğun olaraq ötən il ərzində Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 2443 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman təminatı, tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar, işlə təminat və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.

 

Qeyd edək ki, vətəndaşların müraciət etmək imkanlarını artırmaq məqsədilə Agentliyin rəsmi internet səhifəsində Vətəndaşlar üçün" bölmə mövcuddur. Bölmədə vətəndaşların qəbulu cədvəli, vətəndaşların müraciətlərinə dair qanunvericilik aktları yerləşdirilib, habelə onların elektron qaydada müraciət göndərmələri və aidiyyəti vəzifəli şəxsin qəbuluna yazılmaları təmin edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib