Qafqazın ilk insult mərkəzinin Şuşada açılması təklif olunur
01.02.2021 10:18

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev Qafqazda ilk insult mərkəzinin Şuşada yaradılması ilə əlaqədar təklif irəli sürüb.

 

Bununla bağlı "Report"a açıqlama verən azərbaycanlı alim insult mərkəzinin fəaliyyətə başlamasının əhəmiyyətindən danışıb.

 

O, bildirib ki, Qarabağa qayıdış planı əsasında bütün infrastrukturun bərpası və yenidənqurulması çərçivəsində işğaldan azad olunmuş ərazilərdə müasir standartlara cavab verən səhiyyə müəssisələrinin də açılması məqsədəuyğundur:

 

"Artıq uzun illər işğal altında olan torpaqlarımız cənab Prezidentin siyasi iradəsi və müzəffər Azərbaycan Ordusunun gücü sayəsində azad olunub. Məlum olduğu kimi, hazırda həmin ərazilərdə kommunikasiyaların bərpası, yeni yol xətlərinin çəkilişi və digər infrastruktur layihələri həyata keçirilir. Beləliklə, 30 ilə yaxın öz dədə-baba yurdlarından, doğma torpaqlarından didərgin düşən məcburi köçkünlər qısa zaman ərzində evlərinə qayıdacaq".

 

Azərbaycanlı alim hesab edir ki, Qafqazda ilk dəfə olaraq insult mərkəzinin məhz Şuşada fəaliyyətə başlaması həm də Qarabağın gözü olan bu şəhərin qısa zamanda daha da inkişafına təkan verəcək: "Bununla həm də Şuşanın bizim üçün nə qədər önəm kəsb etdiyi nümayiş etdiriləcək. Beləliklə, mədəniyyət paytaxtı olan Şuşamız Qafqazda ilk dəfə olaraq müasir standartlara cavab verən tibb mərkəzinə də ev sahibliyi edəcək. Azərbaycanda tibb sahəsində kifayət qədər təcrübəsi və peşəkar kadrlar var. Ona görə də düşünürəm ki, ölkəmizin digər bölgələrində də daha bir neçə insult mərkəzlərinin açılması zəruridir. Çünki elmi olaraq 1 milyonluq əhalinin yaşadığı bölgədə ən azı iki insult mərkəzi yaradılmalıdır".

 

Qeyd edək ki, N.Abdullayev insult xəstələrinin həyat qurtarıcı müalicəsi ilə bağlı mühüm tədqiqatlar aparan ilk azərbaycanlıdır. Bununla yanaşı o, Almaniyada bu müasir müalicə əməliyyatlarını icra edən ən gənc üç həkimdən biridir. Onun insult xəstəliyinin müalicəsi üçün əməliyyat texnikasında etdiyi yenilik Almaniya Neyroradioji Cəmiyyəti tərəfindən təqaüdə layiq görülüb. Hazırda isə onun bu xəstələrin müalicəsi üçün yeni kəşfinin rəsmi qeydiyyat prosesləri gedir.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib