“Kleksan” kimi iynələrin yaratdığı FƏSADLAR – Həkimdən həyəcan təbili  
31.01.2021 13:01

COVID xəstələrində kleksan və digər laxtalanma əleyhinə iynələrin (fraksiparin, oksapar, kardioaspirin, kardiomaqnil, aspirin, tromboass, ksarelto və s.) ucdantutma təyin edilməsi qəti yolverilməzdir.

 

Bunu koronavirus infeksiyasına yoluxan xəstələrlə işləyən allerqoloq-pulmonoloq Ramin Nəriman Aztibb.az-a açıqlamasında deyib.

 

O, bildirib ki, laxtalanma əleyhinə dərmanların tətbiqiçox ciddi fəsadlara və əlavə problemlərin yaranmasına, həmçinin dərmanların kor-koranə təyini dərman defisitinin yaranmasına, həqiqi ehtiyacı olan xəstələrin bu dərmanları tapa bilməməsinə səbəb olur.

 

“Bu COVID zamanı laxtalanma əleyhinə dərman təyin edilərkən tək d-dimer göstəricisi deyil, həmçinin qanda trombositlərin sayı, inr, ppt, pt göstəriciləri nəzərə alınmalıdır. Qaraciyər sirrozu, qida borusu venalarının genişlənməsi, mədə-bağırsaq xorası, Kvinke ödemi, astma və s. kimi yanaşı xəstəliyi olan COVID xəstələrində qanlaxtalanma əleyhinə dərmanlar fərdi seçilməlidir və ciddi nəzarət altında təyin edilməlidir. Məsələn, trombosit sayı düşük olanlarda, anamnezində qida borusu venalarından qanaxma olanlarda, mədə-bağırsaq xorası olanlarda laxtalanma əleyhinə dərmanların qəbulundan sonra daxili, gizli qanaxma başlaya bilər. Bu zaman nəcis qaralacaq. Ona görə belə xəstəliyi olanlar laxtalanma əleyhinə dərman təyin olunarkən nəcisin rənginə diqqət etməlidir və rəng dəyişikliyi müşahidə etdiyi halda dərhal müalicə həkimini məlumatlandırmalıdırlar”.

 

Həkim qeyd edib ki, kvinke ödemi olan COVID xəstələrinə tərkibində aspirin olan kardioaspirin, kardiomaqnil kimi dərmanların təyin olunması qəti qadağandır, çünki aspirin kvinke ödeminin kəskinləşməsinə səbəb olur.

 

“Astmalı xəstələrdə aspirin və tərkibində aspirin olan dərmanlar boğulma yaradır. Ümumiyyətlə isə laxtalanma əleyhinə dərmanlar təyin edilmiş COVID xəstələrinin 5-7 gündən bir qan təhlilləri aparılmalı və növbəti addım qan təhlillərinə əsaslanmalıdır. COVID zamanı xəstələr özbaşına həkim təyinatı olmadan laxtalanma əleyhinə dərmanların qəbulundan mütləq dərəcədə çəkinməlidirlər”, deyə, -  həkim qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama