ABŞ-da koronavirusa yoluxanların sayı 5 milyon nəfəri keçib
07.08.2020 14:38

ABŞ-da COVID-19 infeksiyasına yoluxan insanların sayı 5 milyon 32 min 547 nəfərə, koronavirus səbəbindən ölənlərin sayı isə 162 min 805 nəfərə çatıb.

 

Aztibb.az pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, eyni zamanda, ölkədə 2 milyon 577 min 349 nəfər COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 2 milyon 292 min 393 xəstədən 18 min 296-nın vəziyyəti ağır qiymətləndirilir.

 

Ötən sutka ərzində ölkədə 58 min 911 nəfər koronavirusa yoluxub, 1203 nəfər isə xəstəlik səbəbindən vəfat edib.

 

Saytın son məlumatına əsasən, dünyada 19 milyon 275 561 yoluxma və 717 min 938 ölüm faktı qeydə alınıb, 12 milyon 372 min 806 xəstə sağalıb. ABŞ həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır