Karantin rejiminin tələblərini pozaraq ad günü keçirənlər saxlanıldı
30.01.2021 09:42

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl etməyərək, ad günü məclisi təşkil edilməsinin qarşısını alıb. Bu barədə DİN-dən məlumat verilib.

 

Belə ki, yanvarın 29-da Maştağa qəsəbəsində vətəndaş E.Qasımovun xüsusi karantin rejimini pozaraq, öz evində çoxsaylı qonaqların iştirakı ilə ad günü keçirməsi barədə polisə məlumat daxil olub.

 

Qeyd edilən ünvana baxış zamanı həmin məclisin təşkilatçısı E.Qasımov və orada olan ümumilikdə 46 nəfər iştirakçı saxlanılaraq polis idarəsinə gətirilib.

 

Onlarla profilaktik söhbət aparılıb və xəbərdarlıq edilib. Xüsusi karantin qaydalarını pozan ev sahibi, eləcə də, iştirakçılar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların hər biri cərimələniblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib