Ölmüş hesab edilən qadın kremasiyadan əvvəl oyandı  
30.01.2021 10:04

Ölmüş hesab edilən argentinalı qadın kremasiyadan əvvəl gözlərini açıb.

 

Aztibb.az bu barədə www.timesnownews.com-a istinadən xəbər verir.

 

Bildirilir ki, adı açıqlanmayan 89 yaşlı qadın yanvarın sonlarında sinəsindəki ağrılar səbəbindən Resistenciya şəhərində xüsusi xəstəxanaya yerləşdirilib. Ertəsi gün 54 yaşlı qızına anasının ürək tutmasından öldüyü bildirilib.

 

Ailə dəfn mərasimi təşkil etməyə və mərhumun kremasiyasına qərar verib. Ancaq qadın kremasiya sobasına qoyulmaq üzrə olarkən qızı ananın həyat əlamətləri göstərdiyini görüb və işçilərdən prosesi dərhal dayandırmalarını istəyib.

 

O, dərhal başqa bir xəstəxanaya aparılıb. Hazırda qadın intensiv terapiya şöbəsində müalicə alır.

 

Hadisə ilə əlaqədar zərərçəkənin qızı yerli hökumətə şikayət ünvanlayıb. Baş verənlərlə əlaqədar istintaqa başlanılıb.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat