5 ölkədə pandemiya ilə bağlı son statistika
30.01.2021 11:10

İranda koronavirusa yoluxma və ölüm hallarında azalma davam edir. Son sutka ərzində ölkə ərazisində 6 min 573 nəfər koronavirusa yoluxub, 71 nəfər isə həyatını itirib.

 

Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 1 milyon 405 min 414 nəfərə, yoluxaraq ölənlərin sayı isə 57 min 807-ə çatıb.

 

Xüsusi xəstəxanalarda müalicə alan 3 min 990 nəfərin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 1 milyon 196 min 374 nəfər sağalaraq evə buraxılıb.

 

Braziliyada son sutka ərzində daha 59 826 nəfərin koronavirus infeksiyasına yoluxması, 1119 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

 

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 9 118 513 nəfər yoluxub. Bu müddət ərzində 222 666 koronaviruslu xəstə dünyasını dəyişib.

 

Həmçinin bu günədək 7 960 643 xəstə müalicə olunaraq sağalıb.

 

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 13 574 nəfərin yoluxduğu təsdiqlənib.

 

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 477 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 87 858 nəfərə çatıb.

 

Ölkədə hazırda 467 824 aktiv koronavirus xəstəsi var, onlardan 2270-i ağır vəziyyətdədir.

 

Gürcüstanda son sutka ərzində COVID-19-dan 676 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  257 632, ölənlərin sayı isə 3 159 nəfərə çatıb.

 

Virusa yoluxanlardan 248 537 nəfərin sağaldığı bildirilir.

 

Ermənistanda son sutkada 173 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 166 901-ə çatıb.

 

Ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 071-ə yüksəlib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib