Vaksinlər öz effektivliyini və təhlükəsizliyini sübut etdi - Hans Klyuge
29.01.2021 22:50

Otuz Avropa ölkəsində COVID-19-a qarşı vaksinasiyanın aparılmasına baxmayaraq, xüsusilə koronavirusun yeni, daha yoluxucu variantlarının meydana gəlməsini nəzərə alaraq, heç bir halda rahatlaşmaq və ayıqlığı itirmək olmaz. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun direktoru Hans Klyuge xəbərdarlıq edib.

 

H. Klyuge hesab edir ki, Avropada paradoksal vəziyyət yaranıb. Bir tərəfdən vaksinlər bizə böyük ümid verir. Digər tərəfdən, virusun yeni ştammlarının ortaya çıxması böyük narahatlıq doğurur, bir sıra ölkədə COVID-19-un yayılması sürətinin artması bu ölkələrin hakimiyyət orqanlarını sərt məhdudlaşdırıcı tədbirlər görməyə məcbur edib.

 

Avropa bölgəsindəki 35 ölkədə 25 milyon insan artıq peyvənd olunub. Hans Klyugenin sözlərinə görə, vaksinlər öz effektivliyini və təhlükəsizliyini sübut etdi. Lakin bu gün, virusun yüksək sürətlə yayılması və COVID-19-un yeni variantlarının ortaya çıxması ilə, əhalinin ən həssas qruplarını peyvənd etmək zərurəti daha da artır. Ancaq hələ ki vaksinlərin istehsalı və paylanması ÜST-ün təkid etdiyi ədalətli və bərabər əlçatanlılıq tələblərinə cavab vermir.

 

“Peyvəndin gəlməsi sayəsində insanların "tunelin sonundakı işığı" görməyə başladıqları və eyni zamanda, yeni təhlükə fonunda, məhdudiyyətlərə riayət etməyə çağırıldıqları zaman yaranan bu paradoks, gərginliyə, narahatlığa, yorğunluğa və qarışıqlığa səbəb olur. Belə şəraitdə bu tamamilə başa düşüləndir”, - deyə Hans Klyuge bildirib.

 

ÜST-ün Avropa bürosunun rəhbərinin sözlərinə görə, bu günə qədər koronavirusun "Britaniya ştammı" deyilən variantının ortaya çıxdığını bölgədəki 33 ölkə, Cənubi Afrikada aşkar edilən variantın isə - 16 ölkədə aşkarlandığını bildirib. Üstəlik, yeni variantların yayılması barədə bir neçə xəstəxana, məktəb və qocalar evindən də bildirilib.

 

Eyni zamanda, məhdudiyyətlər tətbiq edilən ölkələrdə yeni yoluxma hallarının (o cümlədən koronavirusun yeni variantı ilə) sayı azalıb. Son iki həftə ərzində belə azalmalar 30 ölkədə qeydə alınıb.

 

“Buna baxmayaraq, Avropada koronavirus infeksiyasının yayılması dərəcəsi çox yüksəkdir”, – deyə Hans Klyuge söyləyib və əlavə edib ki, rahatlaşmaq üçün hələ tezdir - səhiyyə və sosial xidmətlər artan yükün öhdəsindən çətinliklə gəlir. Bundan əlavə, COVID-19-un bölgədə əhalinin yalnız üçdə birində təsdiqləndiyini nəzərə alsaq, virusun hələ də böyük bir "fəaliyyət sahəsi" olduğunu başa düşmək lazımdır.

 

"Gəlin bizim üçün bu qədər çətin olan məqamları unutmayaq: ictimai yerləri açmaq və yenidən bağlamaq, karantini tətbiq etmək və onu dərhal ləğv etmək səhv bir strategiyadır. İqtisadiyyatı canlandırmanın və əlavə təsirləri minimuma endirməyin ən yaxşı yolu epidemioloji meyarlara əsaslanaraq məhdudlaşdırıcı tədbirləri tətbiq etmək və onları tədricən ləğv etməkdir”, - deyə ÜST nümayəndəsi bildirib.

 

Hans Klyuge xəbərdarlıq edib ki, vaksinasiya az vaxt çəkməyəcək və avropalıları səbirli olmağa çağırıb: “Virusun yeni, daha yoluxucu variantları qarşısında biz ayıq olmalıyıq. Biz səbir və mətanət ehtiyatlarımızı tam istifadə etməli, daha yoluxucu virusun hücumuna səbəb ola bilən kollapsdan səhiyyə sistemlərimizi qorumaq üçün zəruri olan tədbirlərə riayət etməliyik".

 

Pandemiyanın başlanmasından bəri ÜST-nin Avropa bölgəsində koronavirus infeksiyası nəticəsində 700 000-dən çox adam həyatını itirib.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu