“Astra Zeneca” şirkətinə İRAD
29.01.2021 15:00

Dünya Təbabət Asosiasiyasının (WMA) sədri Frank Ulrix Montqomeri “Astra Zeneca” Böyük Britaniya – İsveç əczaçılıq şirkətini koronavirus dərmanının ölkələr arasındakı bölüşüdürülmə siyasətinə görə sərt tənqid edib.

 

Bu barədə təşkilat rəhbəri “RND”yə (Almaniya Redaktorlar Şəbəkəsi) verdiyi müsahibədə bildirərək Avropa İttifaqında istehsal edilən koronavirus dərmanlarının kənara ixrac olunmasına qadağa qoymağa çağırıb.

 

“Astra Zeneca”nın davranışı dürüst deyil. Böyük Britaniyaya tədarük öhdəliklərini dəqiq yerinə yetirib Aİ ölkələrinə boyun olduğu dərman həcminin yalnız bir hissəsini göndərməsi mümkün deyil”, – F.U.Montqomeri koronavirus dərmanlarının Avropa boyu bölüşdürülməsinin, Aİ-nin daha kasıb üzv ölkələrinə xüsusi diqqət yetirməyin vacibliyini vurğulayıb.

 

Xatırladaq ki, ötən həftə “Astra Zeneca” Avropa Komissiyasına bildirib ki, istehsalı yenilədikləri üçün birinci rübdə Aİ ölkələrinə boyun olduqları 80 milyon doz dərman əvəzinə cəmi 31 milyon doz tədarük edə biləcəklər. Bunun nəticəsində bir sıra ölkələrdə peyvən planlarının pozulduğu bildirilir. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də təşkilatın artıq əczaçılıq şirkətlərinə istehsalat güclərini artırmaq üçün milyardlarla vəsait yatırdığını vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib