Uşaqlarda öskürəyin qarşısını almaq üçün TƏBİİ vasitələr - Reseptlər
29.01.2021 11:35
Öskürək orqanizmi qoruyur, bəlğəm və iltihabı bədəndən təmizləyir. Uşaqlarda öskürək böyüklərdən fərqlidir. Belə ki, yeni anadan olmuş uşaqlar təxminən 6-7 ayına qədər öskürəndə bəlğəmi tüpürə bilmirlər. Ona görə də uşaqlara bəlğəmgətiricilər verilməməli, ya da çox az dozada verilməlidir. Yaxşı olar ki, belə uşaqlara daha mikroböldürücü dərman bitkiləri və immunitet gücləndirici məhsullar verilsin.   
 
Bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.
 
Həkimin sizlərinə görə, uşaqlar xəstələndikdə daha doğrusu pnevmoniya (sətəlcəm) olduqda uşağın sinə və kürəyini yarıbayarı qarışdırılmış zeytun və kamfora yağı ilə masaj etmək olar, tək kamfora yağından istifadə etdikdə uşağın dərisi yana bilər.
 
Massaj məqsədi ilə keçi piyindən də istifadə etmək olar. Keçi piyi təxminən qoz böyüklükdə əldə yumşaldılır, uşağın sinə və kürək nahiyyələri masaj olunur. Keçi piyi həm tərlədici, həm də tempratur salıcıdır.
 
6 aya qədər olan uşaqlara biyan kökü dəmləməsi çox effekli təsir edir. Belə ki, yarım çay qaşığı biyan kökü 1 stəkan suda 5 dəqiqə qaynadılır sonra bu 1 stəkan dəmləmə gün boyu uşağın içdiyi bütün çaylara və sulara qarışdırılır. Çalışmaq lazımdır ki, uşaq gün ərzində 1 stəkanı içə bilsin. Biyan köklərinin tərkibində hormonlara bənzər maddələr (saponinlər) vardır ki, bunlar uşağın həm iştahını və həm də immunitetini yaxşılaşdırır, o, həm də şirindir. Biyan kökü dəmlənməsini 10 gün vermək olar. Əgər öskürək artıq 2 həftəni ötüb və keçmirsə, o zaman 30 qram rafinə olunmamış zeytunu isidərək içinə 10 qram kiçik-kiçik propolis doğrayıb qarışdırıb əritmək, yağ soyuduqdan sonra süzüb qatran hissəsini atmaq və 100 qram bal ilə qarışdırmaq olar. Bu qarışımdan 1 yaşdan yuxarı uşaqlar üçün gündə 3 dəfə yeməkdən əvvəl çay qaşığının ucunda vermək mümkündür. 5 yaşdan yuxarı uşaqlara gündə 3 dəfə yarım çay qaşığı vermək olar. Bu üsulu 2 həftə ərzində davam etmək olar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama