Azərbaycan quş qripinə görə riskli ölkə sayılır - Baş dövlət baytarlıq müfəttişi
28.01.2021 17:20

Quş qripi xəstəliyi köçəri quşlar vasitəsilə yayılır. Azərbaycan köçəri quşların həm daimi, həm də müvəqqəti məskunlaşma yeri olduğuna görə ölkəmiz bu xəstəlik üçün riskli sayılır.

 

Aztibb.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı şöbəsinin müdiri - Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib.

 

Onun sözlərinə görə, Xəzər dənizi sahilləri, bir çox dövlət qoruqlarındakı bataqlıq su tutarları, Mərkəzi Aran bölgəsində köçəri quşlar məskunlaşırlar: “Ona görə də ölkəmiz quş qripinə görə riskli ölkə hesab edilir. Bu səbəbdən görülməsi vacib olan əsas profilaktik kiçik ailə təsərrüfatları, iri kommersiya təsərrüfatlarında ev quşlarının köçəri və çöl quşları ilə, xüsusilə qarğa, göyərçin, sərçə ilə təmasının qarşısının alınmasıdır: "Bu quşlara qulluq zamanı şəxsi gigiyena vasitələrinə əməl olunmalıdır. Eyni zamanda, səbəbi məlum olmayan tələfat aşkarlandıqda dərhal müvafiq qaydada məlumat verilməlidir”.

 

Q.Əbdüləliyev əlavə edib ki, ailə təsərrüfatları, təbiət ərazilərində yüksək patogen quş qripi təhlükəsi olan quşun olub-olmamağını öyrənmək üçün quş qripi ilə bağlı monitorinqlər keçirilir. Noyabr, dekabr və yanvar aylarında həyata keçirilən monitorinqlər zamanı xəstəliyə şübhəli hal qeydə alınmayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib