ÜST-ün Çinə göndərdiyi missiya araşdırmalara başlayır
28.01.2021 10:32

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 infeksiyasının mənşəyinin tapılması üçün Çinə göndərdiyi ekspertlər qrupunun 14 günlük məcburi karantin dövrü yanvarın 28-də başa çatır.

 

Aztibb.az xəbər verir ki, missiya bu gündən çinli alimlərlə birlikdə araşdırmalara başlayacaq. Ekspertlər karantin dövründə çinli həmkarları ilə videokonfrans formatında bir neçə dəfə müzakirələr aparıblar.

 

Qeyd edək ki, ÜST-ün 13 nəfərlik ekspertlər qrupu yanvarın 14-də Sinqapurdan birbaşa Uhana gəlib. Onlar Çində epidemiya əleyhinə prosedura uyğun olaraq mehmanxanada 14 günlük məcburi özünütəcrid dövrünü keçiblər. Heyətin Çinə səfəri 5-6 həftəni əhatə edəcək və epidemiyanın ilk olaraq başladığı Hubey vilayətinin paytaxtı Uhan şəhəri diqqət mərkəzində olacaq. Ekspertlər rəylərini öz müşahidələrinə, eləcə də Çin mütəxəssisləri tərəfindən heyvan və insanlardan toplanmış nümunələrə əsasən verəcəklər. Bu, ÜST ekspertlərinin COVID-19 virusu ilə əlaqədar ilk səfəri deyil. Bu cür iki səfər ötən ilin yanvarında və iyulunda həyata keçirilib. Bu virusun ilk olaraq Çinin Uhan şəhərindəki dəniz məhsulları bazarından yayıldığı bilinsə də, sonradan çinli mütəxəssislər virusun xaricdən Çinə gəlmiş ola biləcəyini açıqlayıblar.

 

ÜST ekspertlərinin Çinə gəlişindən əvvəl onların səfərləri ilə bağlı müəyyən gərginlik yaşanmışdı. Belə ki, ÜST virusun mənşəyinin axtarışı üçün Çinə missiya göndərəcəyini açıqlamışdı. Amma sonradan Pekinin ÜST heyətinin Çinə səfərinə razılıq vermədiyi barədə mətbuatda xəbərlər yayılmışdı. Yanvarın 11-də ÜST Çin tərəfinin səfərə icazə verdiyini açıqlayıb. ÜST-ün Baş direktoru Tedros Qebreyesus bir neçə gün əvvəlki onlayn mətbuat konfransında təşkilatın ekspertlərinin çinli həmkarları ilə birgə xəstəliyin zoonoz (heyvanlardan insanlara və ya insanlardan heyvanlara keçən yoluxucu xəstəlik) mənbəyinin aşkar edilməsi ilə bağlı elmi planlar hazırlayacaqlarını bəyan edib.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb