Afrikada COVID-19-a yoluxanların sayı 1 milyona yaxınlaşıb
07.08.2020 01:02

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, Afrikada COVID-19-a yoluxanların sayı 1 milyona yaxınlaşıb. Belə ki, qitənin 54 ölkəsində 998 min 981 nəfər yeni növ koronavirusa yoluxub, 21 min 700 pasiyent isə həyatını itirib.

 

Aztibb.az xəbər verir ki, artıq Qambiya da COVID-19-un qarşısını almaq üçün sərhədlərini bağlayıb, Efiopiya, Konqo Demokratik Respublikası və Seneqal isə sərt karantin rejimi tətbiq edib. Ən çox yoluxma halları Cənubi Afrika Respublikasında (530 mindən artıq) qeydə alınıb. Bu, qitədə yoluxanların 53 faizini təşkil edir. Qitənin ən çox yoluxma qeydə alındığı digər ölkəsi olan Misirdə bu rəqəm 95 minə yaxındır.

 

Bundan başqa, Konqo Demokratik Respublikasında 74 nəfərdə Ebola virusu aşkarlanıb. ÜST COVID-19 pandemiyası şəraitində bu təhlükəli virusun yayılacağı barədə də xəbərdarlıq edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır