"Bu xəstəxanadan TƏBİB-ə çoxsaylı şikayətlər daxil olurdu" – Ramin Bayramlı
07.08.2020 09:00

1 saylı Kliniki Tibbi Mərkəz üç ay müddətində yeni formatda insanların xidmətində olacaq.

 

Aztibb.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı AMEA-da keçirilən konfransda bu məlumatı verib.

 

O, bildirib ki, ağır COVID-19 xəstələrinin müalicəsi zamanı bəzi reanimatoloqların kvalifikasiya dərəcəsinin qənaətbəxş olmaması Operativ Qərargahın diqqətindən kənarda qalmamışdır:

 

“Kubadan 117 nəfər həkim heyəti ölkəmizə gələrək 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Bu xəstəxanadan TƏBİB-ə çoxsaylı şikayətlər daxil olurdu. Biz oradakı çatışmazlıqları aşkarladıq. Hazırda  bütün xəstəxananın fəaliyyəti yenidən qurulur. 3 ay müddətində bu müəssisə tamamilə yeni formatda insanların xidmətində olacaq.

 

TƏBİB rəsmisi, həmçinin qeyd edib ki, Türkiyədə tibb sahəsində təhsil alan 19 Azərbaycanlı tələbə 3 ay müddətində Bakıya gətirilib, hazırda onlardan 16 nəfəri həm təlimlərdə iştirak edir, həm də koronaviruslu xəstələrə könüllü xidmət göstərir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır