Sərt karantin dövründə 1 milyon 270 mindən çox vətəndaşın fəaliyyətinə icazə verilib
27.01.2021 13:50

Elektron Hökimətin İnkişafı Mərkəzi (EHİM) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə yaradılan “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzərindən 1 milyon 270 mindən çox vətəndaşın və 139 mindən artıq qurumun fəaliyyətinə icazə verilib.

 

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) 2020-ci ilin yekunlarına həsr olunan hesabatında bildirilib.

 

Hesabata görə, ötən il ərzində vətəndaşlardan SMS icazə sisteminə 112 milyondan artıq SMS daxil olub və 95 milyon müraciətə müvafiq icazələr verilib:

 

"Əhali tərəfindən geniş istifadə olunan “myGov”, “e-Gov” elektron hökumət portalları, “ASAN Login” vahid giriş sistemi haqqında geniş söhbət açılıb. Bildirilib ki, 2020-ci ilin yekunlarına görə “ASAN Login” istifadəçilərinin sayı 2019-cu il ilə müqayisədə 3 dəfədən çox artaraq 1 milyon 741 min təşkil edib. “E-Gov.az” portalında 38 qurum tərəfindən təqdim edilən 443 elektron xidmət üzrə qeydiyyat sayı isə 175 min artaraq yekunda 1 milyon 266 min təşkil edib. İnteqrasiya edilən sistemlərlə birgə 700-dən artıq elektron xidmətə çıxışı təqdim edən “myGov” portalında isə istifadəçi sayının 2019-cu illə müqayisədə 10 dəfə artaraq 433 min olub.  2020-ci ildə “myGov”da xidmətlərdən istifadə sayı 2019-ci ilə nisbətən təqribən 15 dəfə artaraq 11 milyon 500 min təşkil edib. İl ərzində “myGov” portalı vasitəsilə vətəndaşlara 3 milyon 200 mindən çox bildiriş göndərilib".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib