ÜST: Koronavirusa qarşı peyvəndin çatdırılmasında problemlər mövcuddur
27.01.2021 13:54

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının üçüncü iş günü dünyada 2 milyondan çox insanın həyatına son qoymuş COVID-19 infeksiyası ilə bağlı “COVID-19 peyvəndi: etik, qanuni və praktiki mülahizələr” adlı məruzənin dinlənilməsi ilə başlayıb.

 

Aztibb.az xəbər verir ki, məruzənin təqdimatından sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus çıxış edib.

 

ÜST-ün Baş direktoru koronavirusa qarşı peyvənd haqqında məlumat verərək, artıq 5 istehsalçı tərəfindən 2 milyard peyvəndin istehsal edildiyini diqqətə çatdırıb. Ancaq peyvəndin qeyri-bərabər paylanıldığını qeyd edib. Vurğulayıb ki, bəzi ölkə və şirkətlər peyvəndin qiymətini süni şəkildə artırır.

 

Həmçinin Baş direktor logistika və şəffaflıq sahələrində problemlərin olduğunu da deyib. Diqqətə çatdırıb ki, peyvəndin əlçatanlığına maneə yaradan mövcud problemlər aradan qaldırılmasa, COVID-19 pandemiyasının yaratdığı gərginlik davam edəcək.

 

Sessiya parlamentarilərin müzakirələri ilə davam edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır