3 yaşlı Elaya həyat mübarizəsində qalib gəlməyə dəstək olaq!
26.01.2021 13:21

3 yaşlı Elay keçən ilin noyabr ayında qarın ağrısından şikayəti ilə həkimə aparılıb və onun çox ağır bir xəstəliyə tutulduğu müəyyən olunub. Balaca Elay əməliyyat edilib və sol böyrəyi ilə dalağı götürülüb.

 

Elayın atası Elxan Cahandarovun sözlərinə görə, əvvəllər Elayın səhhəti ilə bağlı heç bir şikayəti olmayıb: "Noyabr ayında uşaq iki gün ardıcıl olaraq qarın ağrısından şikayət etdi və biz onu sahə həkiminə apardıq. Orada müayinədən sonra məlum oldu ki, sol böyrəyinin 90%-ni tamamilə tutan və aydın olmayan törəmə var. MRT müayinəsindən sonra sol böyrəkdə Vilms törəməsi aşkar olundu. Milli Onkologiya Mərkəzində sol böyrəkdə əmələ gələn şişin böyrəyin fəaliyyətini dayandırması səbəbindən orqanın tamamilə çıxarılmalı olduğu bildirildi. Uşaq dərhal əməliyyat olundu. Həkimin dediyinə görə, şiş böyrəkdən dalağa da keçdiyi üçün məcbur qalıb dalağı da götürdülər”.

 

Hazırda uşağa 28 həftə kimyaterapiya və 14 gün şüa təyin olunduğunu deyən Elayın atası müalicə xərclərini qarşılamaq üçün xeyirxah insanlardan yardım istəyir:

 

“Buna qədərki prosedurları qohum və dostların köməyi, dəstəyi ilə həyata keçirdik. Hətta bəzi tanışlardan borca pul da götürdüm. Lakin artıq Elayın müalicəsini davam etdirməyə imkanımız yoxdur. Bu sınaqdan çıxmağımız, Elayın sağalması üçün xeyirxah, mərhəmətli insanlardan kömək istəyirik. İnanırıq ki, səsimizə səs verənlər tapılacaq və Elayımız tezliklə sağlamlığına qovuşacaq”.

 

Fotolarda bank rekvizitlərini təqdim edirik.

 

Elxan Cahandarov (Elayın atası): (050) 999-96-29

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib