Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri barəsində cinayət işi başlanıb
26.01.2021 12:12

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum şöbəsinin müdiri Rəfiqə Həmzeyava barəsində cinayət işi başlanıb.

 

Şöbə müdiri Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirli bilinir.

 

Həmzeyeva ilə birlikdə daha bir şəxs - Hacıqulu Həmidov da eyni maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

 

İş üzrə zərərçəkmiş şəxs qismində isə Reyhan Bəşirova tanınıb.

 

Təqsirləndirilən şəxslər barəsində cinayət işinin istintaqı başa çatdırılıb, baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilib.

 

Qeyd edək ki, Rəfiqə Həmzeyava 2010-cu ildə keçirilən parlament seçkilərində 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən namizəd olub. Həmin dairədən parlamentə Rəfail Hüseynov deputat seçilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib