Deputatdan Operativ Qərargaha ÇAĞIRIŞ: “Rayonlara gediş-gəlişi, iş yerlərini açın!”
06.08.2020 16:32

Aztibb.az xəbər verir ki, Milli Məclisin növbədənkənar iclasında deputat Fazil Mustafa koronavirus pandemiyası dövründə bəzi iş yerlərinin açılmasını təklif edib. 

O, xatırladıb ki, xüsusi karantin dövründə marketlər işləsə də, digər müəssisələr fəaliyyət göstərmir: "Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edirəm ki, qərarlarına bir də baxsınlar, bütün müəssisələrin açılmasına dair qərar qəbul etsinlər. Bununla yanaşı, nəzarət də gücləndirilsin. Karantin qaydalarının pozulmasına görə sahibkarlar cərimələnsin. İnsanlar işsiz qalıblar, biz bunu anlamalıyıq”, - deyə F.Mustafa əlavə edib.

Millət vəkili, həmçinin qeyd edib ki, rayonlara gediş-gəliş açılmalıdır ki, bölgələrdə turizm sektoru məhv olmasın.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub