TƏBİB-in İdarə Heyətinin sədri: “Koronavirusun yüksələn xətlə inkişafına heç bir şübhəmiz yoxdur" 
06.08.2020 15:27

Aztibb.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı AMEA-da “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda çıxışı zamanı belə deyib.

 

O bildirib ki, COVID-19-un ölkəmizdə yeni yayılmağa başladığı dövrlərdə  bütün maarifləndirici və təbliğat xarakterli tədbirlərə baxmayaraq virusa inanmayanlar çox idi. Lakin bütün dünyadakı və ölkədəki gedişat onu göstərdi ki, biz bu xəstəliyə inanmasaq, çox böyük yalnışa yol vermiş olarıq.

 

R.Bayramlı qeyd edib ki, koronavirusla mübarizə hələ qarşıdadır. Virusu müalicə edən dərman və vaksin hazır olanadək çox ehtiyatlı davranmalıyıq. Bu çətin yolda bütün tibb qurumları səfərbər olmalıdır. Yalnız belə olan halda biz xəstəliyin öhdəsindən gələ biləcəyik.

 

“Koronavirusun yüksələn xətlə inkişafına heç bir şübhəmiz yoxdur. Buna görə də biz həkimlər yenə ön cəbhədə fəaliyyətimizi davam etdirəcəyik”, - deyə TƏBİB-in sədri əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır