Xaçmazda 272, Xudatda 107 nəfərə vaksin vurulub 
25.01.2021 12:19

Xaçmazda ayın 20-dən başlayan vaksinasiya prosesində indiyə qədər 272 nəfərə vaksin vurulub.

 

Aztibb.az xəbər verir ki, bu barədə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından bildiblər. Qeyd olunub ki, bu günə kimi peyvənd olunan şəxslərin hər biri tibb işçiləridir:

 

"Ayın 20-sindən peyvənd prosesinə başlamışıq. İlk gün 21 nəfər peyvənd olundu, daha sonra müvafiq olaraq 88, 66, 77, bu gün isə hələlik 20 nəfər peyvənd olunub, ancaq günün sonuna kimi bu rəqəm artacaq. Xəstəxanada vaksinasiya üçün 6 otaq ayrılıb. Həmin otaqlardan birində vaksinasiyadan sonra pasiyenlər yarım saat ərzində nəzarət altında saxlanılır".

 
Xaçmaz rayon xəstəxanası Xudatda da peyvəndləmə aparır. Orada da vaksinasiya prosesi normal qaydada davam edir. Bu günə kimi 107 nəfər peyvənd olunub.

 

Əlavə olunub ki, vaksinasiya üçün sıravi vətəndaşlar da müraciət edir. Onlar daha çox 60 yaşdan yuxarı olanlardır. Xatırladaq ki, fevralın 1-dən yaşı 65-dən yuxarı olan şəxslərin vaksinasiyası başlayacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib