Səhiyyə Nazirliyi 814 Çağrı mərkəzinin fəaliyyətini və əsas məqsədlərini açıqlayıb
06.08.2020 14:54

Səhiyyə Nazirliyi tərəfindən yaradılan işçi qrupunun üzvü Sevda Məmmədova verdiyi onlayn müsahibəsi zamanı yeni fəaliyyətə başlamış 814 Çağrı mərkəzinin fəaliyyəti və əsas məqsədləri haqqında məlumat verib.

 

Onun sözlərinə görə, Bakı şəhəri üzrə fəaliyyət göstərən 814 Çağrı mərkəzi COVID-19 virusuna yoluxma şübhəsi olan vətəndaşları dislokasiyaları üzrə məntəqələrə yönəldir, koronavirusla bağlı həkim məsləhətinə ehtiyacı olanlara yaşadıqları əraziyə aid olduğu tibb müəssisəsi barədə məlumat verir və vətəndaşların sahə həkimləri ilə əlaqələrini təmin edir: “Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə dəstək məqsədilə yaradılmış 814 Çağrı mərkəzi həftənin 6 günü, bazar ertəsindən etibarən şənbə gününədək, səhər saat 8-dən axşam saat 8-dək fəaliyyət göstərir”.

 

Aztibb.az xəbər verir ki, müsahibədə 814 Çağrı mərkəzində 40 nəfər operatorun çalışdığı, iyul ayı ərzində bura daxil olan zənglərin sayının 11 000-dən çox olması barədə də məlumat verilib.

 

Sevda Məmmədova ağır simptomlu və hərarəti 38-dən yüksək olan xəstələrin 103 nömrəsi vasitəsilə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməli olduqlarını vurğulayıb: "Ağır simptomlu və yüksək qızdırmalı COVID-19 xəstələri 103 nömrəsi vasitəsilə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməlidir. Daxil olan bütün müraciət və şikayətlər Çağrı mərkəzi tərəfindən qeydə alınır və işçi qrupuna yönləndirilir. Müraciət və şikayətin növündən asılı olaraq işçi qrupunun müvafiq üzvü həmin məsələnin həlli ilə məşğul olur”.

 

O, müsahibəsinin sonunda xüsusi qeyd edib ki, yalnız sahə həkimi tərəfindən test etmək zəruriyyəti təsdiq olunduqdan sonra səyyar tibbi xidmət COVID-19 şübhəsi olan vətəndaşın ünvanına test almaq məqsədilə göndərilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır