Səhərlər yol verilən yanlışlar - Yuxudan duran kimi nələri etmək OLMAZ?
25.01.2021 11:11

Səhərlər sağlamlıq üçün təhlükəli olan üç vərdiş açıqlanıb.

 

Aztibb.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərədən olan həkim Miriam Stoppard bildirib ki, bunlardan biri səhər yuxudan oyandıqdan sonra idman etməkdir. O, bunun yolverilməz olduğunu söyləyib: Səhər tezdən orqanizm susuz olur və buna görə toxumalar yaxşı dartılmır. Oyandıqdan dərhal sonra güclü idman hərəkətləri etmək ziyanlıdır. Diqqətsiz hərəkətlər, hətta onurğanın yerdəyişməsinə gətirib çıxara bilər".

 

Həkim deyib ki, səhər yuxudan oyanandan sonra portağal suyu içmək də ziyanlıdır. Bu, maddələr mübadiləsini çox yükləyir və qanda şəkəri kəskin dərəcədə artırır.

 

Həkimin sözlərinə görə, səhər yuxudan duranda qəhvə də içmək olmaz. Bu içki də qanda şəkəri çox artırır. Ona görə də, bu vərdişlərdən imtina etmək lazımdır.

 

Qeyd edək ki, mütəxəssislər günə meyvələrlə başlamamağı tövsiyə edirlər, meyvəni səhər yeməyindən sonra desert kimi yemək daha yaxşıdır. Səhərlər bədən tonusunu artırmaq üçün gəzməklə yanaşı, sadə fiziki məşqlər tövsiyə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama