Koronavirusdan sağaldıqdan sonra iy və dadbilməni necə bərpa etmək olar?
25.01.2021 10:39

Məlumdur ki, koronavirusa yoluxmuş bir çox insanlarda dad və iybilmə duyğusu itir.

 

Aztibb.az xəbər verir ki, “Sputnik” radiosuna müsahibəsində Rusiyanın tanınmış nevroloqu, neyrofizioloqu Aleksandr Budik iybilmə və dadbilmə hisslərinin qısa zamanda bərpası üsullarından danışıb.

 

Onun sözlərinə görə, COVID-19-a yoluxma zamanı dad və iybilmə hisslərinin itməsi problemlərinin yaranma səbəbləri hələ tam müəyyənləşdirilməyib. Güman olunur ki, yoluxma zamanı ağız suyunun tərkibi pozulur, buna görə dadverici maddələr daha sürətli dağılaraq dadverici reseptorlara çata bilmir. Başqa nəzəriyyəyə görə, reseptorlar özləri zədələnir, təkcə dad yox, həm də iybilmə hissi itir.

 

Aleksandr Budik iybilmə və dadbilmə hisslərini geri qaytarmaq üçün xüsusi təlimi məsləhət görüb. Həkim bildirib ki, hər gün bir neçə dəfə 20 saniyə ərzində müxtəlif qoxuları qəbul etmək lazımdır. Bunlar güclü ətirlər olmalıdır. Qərənfilin, sarımsağın, darçının iylənilməsi lazımi orqanları fəal işləməyə məcbur edəcək.

 

"Orqanizm diqqəti işə fəal cəlb olunan orqana yönəltməyə başlayır və bütün resurslar həmin orqanın işini daha sürətlə bərpa etməsinə yönəlir. Əlavə terapiya kimi buruna A vitamini məhlulunu damcılatmaq, bir həftə ərzində “Omeqa-3”dən istifadə etmək olar", - deyə A.Budik tövsiyə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır