Sabah Çindən Türkiyəyə “CoronaVac" vaksininin növbəti partiyası gətiriləcək
24.01.2021 22:01

Sabah səhər saatlarında yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində ikinci partiya (10 milyon doza) vaksinin birinci hissəsi Çindən Türkiyəyə gətiriləcək. 

 

Aztibb.az məlumatına görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Tvitter”də bununla bağlı paylaşım edib. 

 

Sabah Türkiyəyə 6,5 milyon doza vaksin gətiriləcək. 

 

Qeyd edək ki, "Sinovac" şirkətinin "CoronaVac" vaksini inaktiv peyvənddir. Türkiyə Çinin “Sinovac” şirkəti ilə bağladığı müqaviləyə əsasən, 10 milyon doza “CoronaVac" vaksininin ilk mərhələdə 3 milyon dozası 30 dekabr 2020-ci ildə Türkiyəyə gətirilib. Türkiyə Əczaçılıq və Tibbi Cihazlar Agentliyinin iki həftəlik analizindən sonra yanvarın 13-dən başlayaraq öncə səhiyyə işçiləri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bir çox dövlət rəsmiləri, sonra isə yaşı 65-dən yuxarı olanlar peyvənd edilməyə başlanıb. İndiyədək ölkədə 1 milyon 200 mindən çox insana peyvənd vurulub.

 

Nazir bildirib ki, 6,5 milyon doza vaksin də analiz edildikdən iki həftə sonra tətbiq olunacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib