“Özlərinə əziyyət verib bu qədər yolu getməsinlər” - Rayona gedənlərin nəzərinə
06.08.2020 14:22

Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı ilə avqustun 5-dən etibarən icazə sistemi ilə hərəkət etmək ləğv edilib və rayonlara gedənlər yalnız ezamiyyə vərəqi əsasında postlardan buraxılır. Lakin yay ayı olduğu üçün məzuniyyətə çıxan şəxslər bölgələrdə istirahət etmək üçün postlara üz tuturlar və bunun nəticəsində, bu gün giriş-çıxış postlarında sıxlıq yaranıb və ezamiyyə vərəqi olmayan şəxslər geri qaytarılıb. Geri qaytarılanlar gedənlərin əksəriyyətini təşkil edib.

 

Aztibb.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev bildirib ki, xüsusilə bu gün getməyə cəhd göstərənlər çoxdur: “Bu gün bir avtobusun içində Lerikə getmək istəyən 40 nəfər saxlanılıb. Onlar düşünmürlər ki, qərarda göstərilən inzibati ərazilərdən giriş-çıxışa qoyulan məhdudiyyət qüvvədədir. Amma bu qərar qüvvədə ola-ola 40 nəfər bir avtobusun içində istirahətə getməyə cəhd edir. Hazırda postlarda daha da ciddi formada yoxlamalar aparılır. Qanuna uyğun olaraq ezamiyyə vərəqi olmayanlar birmənalı olaraq geri qaytarılır.

 

Vətəndaşlar bəzən elə bilirlər ki, məzuniyyətlə ezamiyyət eynidir. Ona görə məzuniyyət sənədi ilə postu keçmək istəyənlər də olur. Bunlar ayrı-ayrı şeylərdir, məzuniyyətə çıxmış şəxs hansı orqanda işləməsindən asılı olmayaraq sərtləşdirilmiş karantin zonasından buraxıla bilməz. Həmin şəxslər karantin postundan geri qaytarılırlar. Buna görə də özlərinə, ailə üzvlərinə əziyyət verib bu qədər yolu getməsinlər. Onsuz da onlar məzuniyyət sənədi ilə rayonlara buraxılmayacaqlar.

 

Bəzən insanlar fikirləşirlər ki, “gedim, buraxarlar”. Bu da səhv fikirdir, bununla postlarda tıxac yaradırlar və belə düşünənlər həqiqətən xidməti fəaliyyətinə görə ezam olunan şəxslərin postlarda gözləməsinə səbəb olurlar”.

 

K.Əliyev kağız və elektron ezamiyyə vərəqi ilə buraxılanlar haqqında da məlumat verib:

 

“Nazirlər Kabinetinin qərarı ilə xidməti vəsiqə ilə fəaliyyətinə icazə verilən şəxslər ezamiyyə vərəqini kağız formasında təqdim edirlər. Bundan öncə fəaliyyətinə icazə portalı vasitəsilə icazə verilən şəxslər isə ezamiyyə vərəqini portalda aktivləşdirməlidirlər”. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır