Avropa İttifaqı yeni virus mutasiyalarına görə sərhəd qaydalarını sərtləşdirəcək
24.01.2021 11:00

Avropa İttifaqı COVID-19-un yeni ştammları ilə əlaqədar olaraq sərhədləri yük daşımaları üçün açıq saxlamağı, vətəndaşların xarici səfərləri zamanı isə sərhəd qaydalarını sərtləşdirməyi düşünür.

 

Aztibb.az Avropa KİV-lərinə istinadla xəbər verir ki, Avropa Komissiyası Avropa İttifaqına üzv olan bütün ölkələrdə ciddi nəzarət tədbirlərinin görülməsini istəyir.

 

“Sərhədlər əsas mal və xidmətlərin axını da daxil olmaqla, vahid bazarın fəaliyyətinin təmin edilməsi üçün açıq qalmalıdır. Buna baxmayaraq, virusun yayılmasının qarşısının alınması üçün əhəmiyyətsiz səfərlərə qarşı məhdudlaşdırıcı tədbirlər tələb oluna bilər”, - deyə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen söyləyib.

 

Keçən ilin mart ayında bir neçə üzv dövlət milli sərhədləri birtərəfli qaydada bağladılar, bu da iqtisadi xaosa səbəb oldu. Vahid bazarın fəaliyyətini qorumaq üçün Avropa İttifaqı işçilərin və yüklərin sərhədləri keçməyə davam edə bilməsi üçün onları açıq saxlamaq istəyir.

 

Böyük Britaniya və Portuqaliyada bu günlərdə yayılan virusun yeni ştammları təhlükə yaradır. Avropa İttifaqı liderləri sürətləndirilmiş vaksinasiya üzərində işləyirlər. “Vaksinlər eyni vaxtda və əhalinin sayına proporsional əsasda yayılmalıdır. Onların sürətli təchizatını təmin etmək üçün bütün mümkün vasitələr öyrəniləcək”, - deyə Avropa İttifaqı Şurasının rəhbəri Çarlz Mişel mətbuat konfransında bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib