Rahim Əliyev: "Yoluxmaların sayının azalması həyata keçirilən strategiyanın düzgün seçildiyini göstərir"
06.08.2020 14:16

COVID-19 pandemiyası həm tibbi-sosial, həm də iqtisadi və beynəlxalq əlaqələrə təsir edən qlobal problem kimi xarakterizə edilir. Uzun illər dünyanın ayrı-ayrı ölkələri tərəfindən formalaşdırılmış iqtisadiyyat qısa vaxt ərzində pandemiyanın təsirindən böyük zərərə uğrayıb, milyonlarla insan bu virusa yoluxub, yüz minlərlə insan koronavirusdan həyatını itirib.

 

AMEA-dan Aztibb.az-a bildirilib ki, bunu səhiyyə nazirinin müavini Rahim Əliyev “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda deyib.

 

Rahim Əliyev Azərbaycanda pandemiyanın ilk günlərdən ölkə rəhbərliyinin nəzarətində olduğunu bildirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva öz çıxışlarında dəfələrlə bu virusla mübarizəyə dair çağırışlar edib, ölkəmizdə pandemiyanın müxtəlif sahələrə təsirinin qarşısının alınması istiqamətində vacib tədbirlər həyata keçirilib. Son günlərdə yoluxmaların sayının azalması, sağalanların sayında artımın müşahidə olunması, eləcə də xəstəliyin ağır formalarına rast gəlinmə tezliyinin aşağı düşməsi hökumət tərəfindən həyata keçirilən strategiyanın düzgün seçildiyini göstərir. Epidemioloji tədqiqatların nəticələri də yoluxma sayının azalmasına təsir edib.

 

COVID-19 virusunun profilaktikası, müalicəsi, klinik gedişi ilə bağlı dünyanın nüfuzlu elmi bazalarında dərc olunmuş elmi araşdırmalardan bəhs edən R.Əliyev bu istiqamətdə aparılan tədqiqatların geniş oxucu kütləsinə malik olduğunu vurğulayıb.

 

Nazir müavini çıxışının sonunda bu cür beynəlxalq tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb, konfransın alimləri bir araya gətirərək onlara əldə etdikləri elmi nəticələrini bölüşmək üçün geniş imkanlar yaratdığını nəzərə çatdırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır