Azərbaycanlı alim Beynəlxalq Elmlər Akademiyası Birliyinin Virusologiya üzrə Elmi şurasının iclasında çıxış edib
22.07.2020 08:00

Beynəlxalq Elmlər Akademiyası Birliyinin (IAAS) Virusologiya üzrə Elmi şurasının onlayn iclası keçirilib.

 

Belarus Respublikası və digər xarici ölkə alimlərinin də iştirak etdiyi tədbirdə ölkəmizi AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq Molekulyar biomühəndislik laboratoriyasının müdiri, Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov təmsil edib.

 

İclası Belarus giriş nitqi ilə Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədr müavini, akademik Aleksandr Kilçevski açıb.

 

Daha sonra Belarus Dövlət Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri, bu ölkənin Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi, tibb elmləri doktoru, professor İqor Karpov “Belarusda COVID-19-un klinik aspektləri” mövzusunda məruzə ilə çıxış edib.

 

Tədbirdə çıxış edən azərbaycanlı alim Tərlan Məmmədov təşkilat komitəsinə tədbirin təşkilinə görə minnətdarlığını bildirib. Qeyd edib ki, assosiasiya mövcud problemlərin həlli istiqamətində irəli sürülmüş müsbət addım olmaqla yanaşı, həm də əməkdaşlıq üçün əlverişli fürsət yaradır.

 

COVID-19 virusuna qarşı peyvəndlərin hazırlanması istiqamətində birgə əməkdaşlığın vacibliyini qeyd edən T.Məmmədov ölkəmizin bu sahədə əməkdaşlığa hər zaman hazır olduğunu qeyd edib.

 

Onlayn iclasın sonunda Virusologiya üzrə Elmi şuranın Əsasnaməsi təsdiq olunub.

 

Qeyd edək ki, Beynəlxalq Elmlər Akademiyaları Birliyi 1993-cü ildə Kiyev şəhərində Belarus Milli Elmlər Akademiyasının təşəbbüsü ilə elmlər akademiyaları arasında əməkdaşlıq məqsədilə yaradılıb. IAAS-ın Virusologiya üzrə Elmi şurasının məqsədi ikitərəfli tədqiqatların təşkili və həyata keçirilməsi ilə yanaşı, həm də bu sahənin inkişafı üçün elmi ekspertizanın təmin edilməsindən ibarətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır