“COVID-19 diaqnozlu xəstələrə psixoloji yardım və düzgün müalicə prinsipləri” mövzusunda videokonfrans keçirilib
16.07.2020 17:39

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “COVID-19 diaqnozlu xəstələrə psixoloji yardım və düzgün müalicə prinsipləri” mövzusunda videokonfrans keçirib.

 

“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın moderatorluğu ilə keçirilən videokonfransda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən işlər, bu infeksiyaya yoluxmuş xəstələrə psixoloji yardım və müalicədən sonrakı dönəmdə özünütəcrid, sosial izolyasiya tədbirləri barədə fikir mübadiləsi aparılıb.


Yazgül Abdıyeva əvvəlcə düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun əsgərlərinin, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldıqlarını deyərək, Allahdan onlara rəhmət diləyib. O, tezliklə üçrəngli bayrağımızın Qarabağda dalğalanacağına inandığını qeyd edib.

 

Birliyin sədri pandemiya dövründə görülən işlərin vacibliyindən də söz açaraq, hər kəsi yenidən bu mübarizəyə qoşulmağa dəvət edib. Y.Abdiyeva pandemiya ilə mübarizədə ön cəbhədə duran həkimlərimizin, təhlükəsizliyimizi qoruyan polislərimizin zəhmətini xüsusi qeyd edib.

 

Videokonfransda psixiatr Mustafa Güvelinin “COVID-19-lu xəstələrə psixoloji yardım proqramı”, infeksiya xəstəlikləri və kliniki mikrobiologiya mütəxəssisi Mədinə Abdullayevanın “COVID-19-lu xəstələrə reanimasiyaya qədər olan yardım”, reanimatoloq-anestezioloq Şahin Məmmədovun “COVID-19-lu xəstələrdə reanimasiya tədbirləri və bakterioloji ağırlaşmalar”, kardioloq, tibb üzrə fəlsəfə doktoru Təranə Cavadovanın “COVID-19 pandemiyası zamanı kardial statusun qiymətləndirilməsi” mövzularında məruzələri dinlənilib.

 

Daha sonra qastroenteroloq Arzu Hüseynova COVID-19 infeksiyasına yoluxan xəstələrin düzgün dərman və qida qəbulu haqqında məlumat verib.

 

Tədbirdə müxtəlif mövzulara dair suallar cavablandırılıb, təkliflər səsləndirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır