Oqtay Şirəliyev videokonfrans keçirdi - Foto
01.08.2020 11:30

Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı missiyası Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah, AR Səhiyyə Nazirliyi, TƏBİB və digər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə videokonfrans formatında görüş keçirib.

 

Aztibb.az xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyev videokonfransda açılış nitqi ilə çıxış edib, ÜST-ün Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirib və görülən işlərə görə bütün missiya üzvlərinə minnətdarlığını bildirib.

 

Görüş zamanı missiya nümayəndələri son aylar ərzində Azərbaycanın səhiyyə sahəsində atılan addımlar və həyata keçirilmiş işlərin nəticələri haqqında öz fikirlərini bölüşüblər.

 

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı öz çıxışında qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar ÜST-ün birinci missiyasının Azərbaycana ziyarəti cari ilin mart ayında baş tutmuşdu. Son 10 gün ərzində ÜST-ün Azərbaycandakı ikinci missiyasının üzvləri dövlət qurumlarının nüməyandələri ilə yanaşı, həm Bakı şəhərinin, həm də bəzi rayonların xəstəxana və poliklinikalarının tibbi heyəti ilə də çoxsaylı görüşlər keçirib. Missiya üzvünün sözlərinə görə, mart ayında ÜST üzvləri tərəfindən təqdim olunan tövsiyələrin əksəriyyəti nəzərə alınıb və həyata keçirilib. Ümumiyyətlə, son bir neçə ay ərzində atılan addımlar sayəsində Azərbaycan səhiyyəsində çox ciddi irəliləyişlər müşahidə olunur.

 

ÜST-ün Azərbaycandakı nümayəndəsi nəzərə çarpan dəyişiklər haqqında danışaraq, bildirib ki, son aylar ərzində COVID-19 ilə mübarizəni gücləndirmək məqsədilə dövlət tərəfindən böyük maliyyə resursları ayrılıb. Onların müqabilində koronavirusun müalicəsi üçün nəzərdə tutulmuş modul tipli xəstəxanalar inşa olunur, yeni laboratoriyalar açılır, ilkin səhiyyə xidmətinin daha çevik fəaliyyət göstərməsi üçün yeni nəqliyyat vasitələri alınır, COVID-19 virusu ilə bağlı ölkədə vəziyyətin idarəolunmasını təmin etmək məqsədilə texnoloji yanaşma nəticəsində mobil applikasiyalar istifadəyə verilir və epidomioloji vəziyyətin idarəolunması üçün xüsusi elektron baza yaradılır. Bundan başqa, tibb müəssisələrinin heyəti üçün COVID-19 infeksiyası ilə bağlı mütəmadi təlimlər keçirilir, ilkin səhiyyə gücləndirilir. Belə ki, yoluxma sayının azalması üçün koronavirus şübhəsi olan vətəndaşlardan test analizini almaq üçün tibb heyəti bilavasitə evlərə gedir. Eyni zamanda Səhiyyə Nazirliyi nəzdində yaradılmış İşçi qrup tərəfindən statistik hesabatlar da hazırlanır.

 

H.Harmancı həmçinin, xəstəxana və poliklinikalarda COVID-19 ilə aylar ərzində mübarizə aparan tibbi heyətin fədakarlığını təqdirəlayiq hesab edərək, onları “Bu günün ağ xalatlı qəhramanları” adlandırıb.

 

ÜST missiyasının üzvləri bildirib ki, son 10 gün ərzində müşahidə etdikləri proseslərə dair öz tövsiyələrini yaxın 2 həftə ərzində Azərbaycan dövlətinin səhiyyə sahəsində fəaliyyət göstərən qurumlarına təqdim edəcəklər.

 

Görüşün sonunda nazir O.Şirəliyev missiya üzvlərinə onların Azərbaycanda həyata keçirdikləri yüksək fəaliyyətlərinə və ölkəmiz tərəfindən görülən işlərə verilən dəyərə görə təşəkkür edib. O.Şirəliyev, həmçinin ÜST nümayəndələri ilə Azərbaycan arasında illər ərzində davam edən məhsuldar işbirliyindən danışıb, bu əməkdaşlığın gələcəkdə daha yüksək nəticələr verəcəyinə əminliyini ifadə edib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır