COVID-19 risk kommunikasiyası ilə bağlı - Virtual görüş
28.12.2020 14:17

Səhiyyə Nazirliyinin nümayəndələri COVID-19 risk kommunikasiyası ilə bağlı keçirilən virtual görüşdə iştirak ediblər.

 

Nazirliyin mətbuat xidmətindən Aztibb.az-a bildirilib ki, onlayn formatda keçirilən konfransda Ümumdünya Səhiyyə Təşkilatı, BMT, UNICEF, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri çıxış ediblər.

 

Məruzəçilər peyvəndlərin cəmiyyətdə daha asan qəbulu üçün nüfuzlu şəxslərlə əməkdaşlıq etməyi, həmçinin peyvəndlərin əhəmiyyətini vurğulayan rəsmi şəxslərlə bu təşəbbüsü başlamağın daha məqsədəuyğun olduğunu bildiriblər.

 

Qeyd edilib ki, peyvəndləri təbliğ edərkən, gözləntiləri nəzərə almaq və tələbat və əlçatanlıq məsələsi arasında balansı qorumaq əsas şərtlərdən biridir.

 

Konfrans iştirakçıları peyvəndləmə başlasa belə, risk kommunikasiyasına davam etmək və virusdan qorunmağın yolları barədə mütəmadi şəkildə mesajlar verməyi, fiziki məsafə saxlamağın vacibliyini daha çox vurğulamağı xüsusi diqqətə çatdırıblar.

 

Görüşdə, həmçinin mövcud vəziyyəti qiymətləndirmək, sorğular vasitəsilə əhalinin peyvəndlərlə bağlı fikirlərini öyrənmək, səhiyyə işçilərinə inam daha çox olduğundan onlar vasitəsilə peyvənd təbliğatını aparmaq kimi məsələlərə toxunulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır