Pandemiya ilə bağlı tələbləri pozan 17 obyekt cərimələnib
23.01.2021 17:21

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

 

Nazirlikdən bildirilib ki, yanvarın 22-də keçirilmiş monitorinqlər zamanı Xətai rayonunda Aygün Əskərovaya məxsus şirniyyat mağazasında, Səbail rayonunda "Bazarstore" MMC-yə məxsus ərzaq mağazasında, Elvin Xasməmmədova məxsus pərakəndə ticarət obyektində, Nərimanov rayonunda “Çarşı dönər”də, Kamran Ağayevə, Ceyhun Hüseynova məxsus mağazalarda, Qaradağ rayonunda “Araz supermarket”də, Aydın Məmmədova, Mirşahin Babayevə, Şahbəddin Vəliyevə məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda Validə Məmmədovaya məxsus mağazada, Yasamal rayonunda Qalina Mirzəliyevaya məxsus pərakəndə ticarət obyektində, Xəzər rayonunda "Food center market”də, “Al market”də, “Araz market”də, Rüstəm Nəsirova məxsus “1001 xırdavat mağazası”nda, Denis Aslanova məxsus ticarət obyektində, ümumilikdə, 17 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

 

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib