İnsanlar məsuliyyətli olsa, iş yerləri də tez açılacaq  
06.08.2020 11:51

Bundan əvvəlki həftələrdə yoluxmalar yüksək idi və yumşalmalara getmək uyğun deyildi.

 

Aztibb.az xəbər verir ki, bunu Azərbaycanın Baş infeksionisti Cəlal İsayev deyib.

 

O, bildirib ki, insanlar artıq günəş şüasını qəbul edə bilərlər. "Dəniz mövsümü sentyabr ayının ortalarına qədər davam edəcək. Hələ qarşıda xeyli vaxt var. Havaların sərin keçməsi düşünmürəm ki, onların açıq havada istirahətinə mane olacaq. İnsanların müəyyən hissəsi bu fikirləri məqsədyönlü şəkildə yayır. Artıq SMS icazəsi tamamilə ləğv olundu. Hər kəs rahat şəkildə, qaydalara əməl etməklə istirahət edə bilər. Həftəsonları ictimai nəqliyyatın işləməməsi də insanların kütləvi şəkildə toplaşmasının qarşısını almağa hesablanıb”.

 

C.İsayev qeyd edib ki, hazırda vəziyyət tam arzuladığımız kimi deyil və yoluxma sayının xeyli aşağı düşməsinə baxmayaraq, bu, ölkəmiz üçün böyük rəqəmdir: “Düzdür, stabilləşmə, yoluxmaların sayında aşağı düşmə var və gündəlik xəstələnmə sayı artıq 200-dən də aşağıdır. Bu, bizim ölkəmiz üçün az deyil. Ona görə də çoxlu sayda yumşalmalar mümkün deyi. Yoluxmalar azaldıqca yeni yumşalmalar da olacaq. Kafe və restoranların, iri ticarət mərkəzlərinin açılması hələ ki, tezdir. Çünki bu yerlərdə insanlar daha çox toplaşırlar və bu tip məkanlarda infeksiyanın yayılma ehtimalı çox yüksəkdir. Ona görə də onların fəaliyyətinin bərpa olunması hələ ki, tezdir”.

 

Baş infeksionist bəzi iş yerlərinin açılması və yumşalmaların olması üçün insanları məsuliyyətli olmağa çağırıb: “Əslində, biz nə qədər məsuliyyətli olsaq, gigiyena və sosial məsafə qaydalarına riayət etsək, normal həyata qayıtmağımız daha sürətli olar. Yoluxma və aktiv xəstə sayı azalar, belə olan halda isə bir çox qadağalar aradan qalxar”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır